İdman
"Arsenal" London derbisində zəfər çaldı
Martın 14-də futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turun mərkəzi qarşılaşması oynanılıb.
Publika.az xəbər verir ki, "Emirates" stadionunda baş tutan görüşdə iki London təmsilçisi - "Arsenal" və "Tottenhem" komandaları üz-üzə gəlib.
Gərgin epizodlarla yadda qalan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı qonaqlar açıb. Matçın 33-cü dəqiqəsində Etik Lamela Lukas Mauranın ötürməsindən sonra baxımlı qola imza atıb.
Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış "Arsenal" hesabı bərabərləşdirib. Yeni transfer Martin Edegor fərqlənib.
Fasilədən sonra rəqiblər bir-birinin qapısı qarşısında təhlükəli hücumlar yaradıb. Oyunun 64-cü dəqiqəsində meydan sahibləri hesabda önə keçib. Hakimin təyin etdiyi penaltini Aleksander Lakazatte dəqiq zərbə ilə tamamlayıb.
Oyunun 74-cü dəqiqəsində baş hakim yenidən diqqət mərkəzində olub. Bu dəfə referi oyunda ilk qolun müəllifi Erik Lamelaya ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırıb.
Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişilməyib.
Beləliklə, görüş "Arsenal"ın minimal hesabla qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xal ehtiyatını 41-ə çatdıran "Arsenal" turnir cədvəlində 10-cu, "Tottenhem" isə 45 xalla 7-ci yerdə qərarlaşıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
