İdman
“Atletiko”nun hücumçusunun məşq zamanı ürəyi getdi - FOTO
“Atletiko”nun hücumçusu Mussa Dembele komandasının məşqi zamanı səhhəti ilə bağlı problemlə üzləşib.
Publika.az xəbər verir ki, ötən gün baş tutan hazırlıq zamanı fransız futbolçunun ürəyi gedib.
Komanda yoldaşları dərhal onun yanına qaçıblar. Həkimlərin ilkin müdaxiləsindən sonra 24 yaşlı oyunçunun məşqi davam etdirməsi mümkün olmayıb və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
“Atletiko” hücumçunun durumu ilə bağlı rəsmi açıqlama da yayıb. Madrid təmsilçisindən verilən məlumata görə, Dembelenin səhhəti qaydasındadır və tezliklə yenidən komanda ilə məşq edə biləcək.
Mussa Dembele “Atletiko”ya bu ilin əvvəlində Fransanın “Olimpik” (Lion) klubundan transfer edilib. O, daha öncə “Seltik” və “Fulhem”in də uğurları üçün çalışıb.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)