İdman
Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxdı
Futbol üzrə Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri mayın 15-dən satışa çıxarılıb.
Publika.az xəbər verir ki, azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər. Biletləri M.Rəsulzadə 3, Bülbül prospekti, Nizami küçəsi və Üzeyir Hacıbəyli küçəsi 69 x ünvanlarındakı köşklərdən, 1, 2 və 3 saylı "ASAN xidmət" mərkəzlərindən almaq mümkündür.
Biletlərin qiyməti birinci kateqoriya üzrə 250, ikinci kateqoriya üzrə 150, üçüncü kateqoriya üzrə isə 60 manat təşkil edir.
Bakı Olimpiya Stadionunda "Avro-2020"nin "A" qrupunun Uels-İsveçrə (12 iyun), Türkiyə-Uels (16 iyun) və Türkiyə-İsveçrə (20 iyun) oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı (3 iyul) təşkil olunacaq.
"Avro-2020" ilə bağlı ən son yeniliklərdən dərhal xəbərdar olmaq üçün aşağıda göstərilmiş keçidlərdən istifadə etməklə UEFA-nın xüsusi tətbiqini yükləmək mümkündür. IOS istifadəçiləri https://apps.apple.com/az/app/, android istifadəçiləri isə https://play.google.com/store/apps/. linkindən istifadə etməklə tətbiqi yükləyə bilərlər.
Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Bakı ilə yanaşı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo və Budapeştdə keçirilməsi planlaşdırılır.
Ötən gün Avropa çempionatının rəsmi mahnısı da müəyyənləşib. Belə ki, mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın "U2 Bono and The Edge" rok qrupunun üzvləri ifa edirlər. Mahnı "We are the people" adlanır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
