İdman
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlandı
Mayın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.
Publika.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, görüşlərin hamısı mayın 19-da keçiriləcək. “Neftçi” və “Qarabağ” komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da saat 20:30-da başlanacaq.
Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək. Həmin görüşlərdə “Səbail” klubu “Sumqayıt”ı, “Sabah” komandası “Zirə”ni, “Keşlə” isə “Qəbələ”ni qəbul edəcək.
Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.
İyirmi yeddi turdan sonra aktivində 57 xalı olan “Qarabağ” birinci, 56 xalı olan “Neftçi” ikinci, 38 xalla “Zirə” üçüncü, 36 xalı olan “Sumqayıt” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (26), “Qəbələ” (26), “Səbail” (24) və “Keşlə” (23) yer alıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
