İdman
Robert Peyc: "Bakıda 30 min türk azarkeşə qarşı oynayacağıq"
"Oyunun bəzi hissələrində daha yaxşı çxış etməyə çalışacağıq. Bunun üçün ciddi hazırlaşmışıq".
Publika.az xəbər verir ki, bu fikirləri Uels millisinin baş məşqçisi Robert Peyc Bakıda Türkiyə millisinə qarşı AVRO-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis meydana ən yaxşı "11-liy"i buraxacağını bildirib: "Havanın hərarəti oyuna təsir edir. Əvvəlki matçla müqayisədə böyük dəyişiklik olmayacaq. Hər komandaya qarşı oynaya bilərik. Rəqibdən çəkinmirik, sadəcə, hörmət edirik. Təcrübəli oyunçularımız var. Stadionda 30 min türk azarkeş olacaq. Sabah həm də onlara qarşı oynayacağıq. Bizə balans lazımdır".
Peyc "ay-ulduzlular"ın əvvəlki oyunlarına da baxdıqlarını və yaxşı komandaya qarşı mübarizə aparacaqlarını vurğulayıb: "Rəqibin güclü tərəflərini bilirik. Komandamızda türklərə çətinlik yarada biləcək futbolçular var. Əsas hədəfimiz qələbə qazanmaqdır. Əlimizdə özünü göstərmək istəyən 26 futbolçu var. Bu, mənim üçün vacibdir".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda oynanılacaq Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
