İdman
AVRO-2020: Belçika da 1/8 finala yüksəldi
Futbol üzrə Avropa çempionatında B qrupunun II turuna yekun vurulub.
Publika.az xəbər verir ki, turun növbəti qarşılaşmasında Danimarka və Belçika yığmaları üz-üzə gəlib. Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş qarşılaşma Belçikanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı Danimarka millisinin hücumçusu Yussuf Poulsen açıb. 27 yaşlı forvard 1 dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.
Fasilədən sonra "qırmızı şeytanlar" hesabda dönüş etməyi bacarıb. 55-ci dəqiqədə Torqan Azar, 70-ci dəqiqədə Kevin De Bruyne fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
Bununla da Rusiyanın ardından (3:0) Danimarkanı da yenən Belçika millisi xalını 6-ya çatdıraraq, B qrupunun lideri kimi 1/8 finala növbəti vəsiqəyə sahib çıxıb. İlk vəsiqəni ötən gün A qrupundan İtaliya yığması əldə edib.
Qeyd edək ki, B qrupunda II turun digər görüşündə Rusiya Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib. Hazırda bu iki komanda 2-3-cü yerləri bölüşür. III turda Belçika Finlandiyanı, Rusiya Danimarkanı sınağa çəkəcək.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


