İdman
"Neftçi" "Olimpiakos"a minimal hesabla uduzdu - (YENİLƏNDİ)
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu keçirilib.
Publika.az xəbər verir ki, , "Georgios Karaiskakis" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
"Neftçi" görüşü ənənəvi 4-5-1 taktikası ilə keçirib. Qapıçı Aqil Məmmədovun önündə mərkəz müdafiəçiləri qismində Mamadu Mboc, Mert Çelik və Voislav Stankoviç, cinahlarda isə Yusuf Laval və Harramiz Suareş qərarlaşıb. Yarımmüdafiədə kapitan Emin Mahmudov, Mamadu Kane, Sezar Meza Kolli və Sabir Buqrin yer alıb. Yeganə hücumçu kimi isə ilk "11-liy"ə Namik Ələskərov düşüb.
Görüşün ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. "Olimpiakos"un hücumlarına "Neftçi" layiqincə cavab verməyi bacarıb. Hətta Namik Ələskərov və Emin Mahmudov real qol imkanlarını qaçırıb. Əvəzində yerli komanda 29-cu dəqiqədə adi vəziyyətdən fərqlənməyi bacarıb. Məhəmməd Kamara qapıçı Aqil Məmmədovun irəli çıxdığını görərək, topu ustalıqla onun başı üzərindən tora qovuşdurub.
İlk yarının sonları insidentlərlə yadda qalıb. 40-cı dəqiqədə "Neftçi"nin baş məşqçisi Samir Abasov baş hakim Joau Pinyeyrunun qərarına etiraz etdiyi üçün sarı vərəqə alıb. Bundan sonra Abasovun olduğu skamyanın arxasındakı yunan fanatlar ona söz atmağa başlayıblar. 43 yaşlı mütəxəssis təxribatçı hərəkətlərə cavab verməyi lazım bildikdə azarkeşlər daha da qızışaraq, ona tərəf yeriyiblər. Yalnız baş hakimin müdaxiləsindən sonra ara sakitləşib.
Bununla belə, 43-cü dəqiqədə qol müəllifi Kamara "Neftçi"nin hücumçusu Namik Ələskərova qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb. Ələskərov isə oyuna davam edə bilməyərək, yerini Mirabdulla Abbasova verib. İlk yarını "Olimpiakos"un 1:0 hesabı ilə öndə tamamlayıb.
Fasilədən sonra "ağ-qaralar" say üstünlüyündən yararlanmaq üçün hücumlarını davam etdiriblər. Lakin cəhdlər nəticə verməyib. 63-cü dəqiqədə isə Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun qarşısını sifətinə təpik zərbəsi endirərək kəsdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Nəticədə meydanda hər iki komanda 10 oyunçu ilə qalıb.
Bundan sonra "Olimpiakos" yenidən üstünlüyü ələ alıb. "Neftçi" isə müdafiəyə çəkilərək, əks-hücumlara bel bağlayıb. Futbolçuların yorğunluğu üzündən oyunun tempində eniş də nəzərə çarpıb. Görüşün axırlarında Azərbaycan komandasının heyətində daha iki dəyişiklik baş verib. Sabir Buqrini Ömər Buludov, Emin Mahmudovu isə yeni transfer Romen Bask əvəzləyib. Lakin hesab sonadək dəyişməyib. "Neftçi" minimal hesabla uduzaraq, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü üçün şanslarını saxlayıb.
xxx
00:24
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda qonaqlar da azlıqda qalıb.
Publika.az xəbər verir ki, 63-cü dəqiqədə "ağ-qaralar"ın müdafiəçisi Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun sifətinə təpiklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Nəticədə meydanda hər iki komandanın say nisbəti bərabərləşib və tərəflər 10 nəfərlə qalıblar.
xxx
00:07
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, ilk yarıdan sonra meydan sahibləri öndədir - 1:0. Yeganə qolu 29-cu dəqiqədə Məhəmməd Kamara vurub.
Kamara 43-cü dəqiqədə Namik Ələskərova qarşı kobud oyununa görə meydandan qovulub. Ələskərov isə yerini Mirabdulla Abbasova verməli olub.
Hazırda "Olimpiakos" azlıqdadır.
xxx
23:44
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydan sahibləri azlıqda qalıb.
Publika.az xəbər verir ki, 43-cü dəqiqədə qol müəllifi Məhəmməd Kamara "Neftçi"nin hücumçusu Namik Ələskərova qarşı kobud oynadığı üçün qırmızı vərəqə alıb.
Ələskərov isə zərbə güclü olduğu və başından qan açıldığı üçün görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub.
xxx
23:48
"Neftçi" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 29-cu dəqiqədə Məhəmməd Kamaranın cərimə meydançası çölündən vurduğu zərbə Aqil Məmmədovun qoruduğu qapıya daxil olub.
"Olimpiakos" bu qol sayəsində önə çıxıb - 1:0.
xxx
22:59
Yunanıstan "Olimpiakos"u ilə "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.
Publika.az xəbər verir ki, qarşılaşma "Georgios Karaiskakis" stadionunda keçirilir. Oyunu portuqaliyalı referi Joau Pinyeyru idarə edir.
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var





































