İdman
Hər iki oyuna görə qələbəyə layiq idik - Qurban Qurbanov
“Öncə futbolçularımı təbrik etmək istəyirəm. Gördüyünüz kimi, oyun gərgin keçdi. Hava şəraiti çox istidir. İndi belə, nəfəs almaq çətindir”. Komandamızdakı xeyli problemlərə baxmayaraq, istədiyimiz nəticəni qazandıq”.
Publika.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsraildə “Aşdod” klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının cavab oyunundan sonra deyib.
49 yaşlı mütəxəssis oyunun gedişində hazır olmadıqları çətinliklərlə üzləşdiklərini bildirib: “Yenə də futbolçular qalib gəlmək üçün sonadək vuruşdular, əllərindən gələnin artığını etdilər. Həddindən artıq həyəcan var idi. Son vaxtlar zədəlilərin çoxluğu kollektivə təsir edir. Qələbəni kənara qoysaq, futbolçuların xarakteri mənim üçün çox vacib idi. Bəzi gənc oyunçularımız belə oyunları nə qədər tez hiss etsələr, onların inkişafı daha da sürətlənəcək. Düşünürəm ki, hər iki oyuna görə komandamız qələbəyə layiq idi”.
Qurbanov komandasında qol imkanlarından yararlanma sarıdan problemlərin olduğunu etiraf edib: “Əlbəttə, belə epizodlardan yararlanmaq lazımdır. Xüsusən, bu cür qarşılaşmalarda. Lakin elə epizodlar da oldu ki, sanki qol idi, sadəcə, top qapı xəttindən keçmədi. Amma ümumən, yeni kollektiv formalaşır. Dəfələrlə bildirmişəm ki, hücum xəttinə bir neçə oyunçu götürmək istəyirəm. Bunlar belə oyunlarda və hava şəraitində gərəklidir. Özünüz də gördünüz ki, rəqib meydana 3 oyunçunu birdən buraxdı. Onlar hücum xəttini daha da sürətləndirdi, daha da dəyişikliyə səbəb oldu. Belə qarşılaşmalarda bir neçə əlavə futbolçuya ehtiyac var idi. İstifadə edilməmiş epizodlar bəzən gərginliklə əlaqədar olur. Deməzdim ki, futbolçularımızın ustalıqları yoxdur. Çünki qol epizodlarına girən hücumçular bundan da çətin vəziyyətlərdən fərlqənməyi bacarıblar. İstənilən halda, bəzən gərginlik və həyəcan, saniyələr belə təsir edirdi”.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi olacaq. Ağdam klubu ilk oyununu səfərdə keçirəcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
