İdman
Hacı Əliyev: "Bəlkə də bu, sonuncu olimpiadam idi"
"Final görüşü üçün hər şeyi düzgün qurmuşdum və yaxşı fikirləşmişdim".
Publika.az xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.
65 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibin fiziki cəhətdən zəif olduğunu bildirib: "Bunu döşəkdə hiss edirdim. Sonuncu saniyələrdə ayağıma girdi. Görüş ərzində 5-6 dəfə ayağıma girmək istədi. Amma yaxşı müdafiə olundum və ayağımı vermədim. Axırda isə ayağımı verdim. Ancaq rəqib heç nədən görüşü saxlayırdı. Güya zədə almışdı. Tez-tez görüşü saxlayır və güləşə zidd hərəkətlər edirdi. Kəllə vururdu və cırmaq atırdı. Qızıl medal üçün hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Demək, qismətimizdə bu var imiş".
30 yaşlı güləşçi hakimlərin düzgün qərar verdiyini bildirib: "Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Əlimdən gələni etdim. Neçə illərdir ki, mənə güləşdə verilən tapşırığı layiqincə yerinə yetirdim. Bəlkə də son olimpiadamdır. Təəssüflənmirəm. Medal qazana bilməyən idmançılarımız da oldu".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
