İdman
Avropa çempionatı: Günay Məmmədzadə liderliyə yüksəldi
Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının beşinci turunun oyunları keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə turnir cədvəlinin lideri rumıniyalı İrina Bulmaqa üzərində qələbə qazanaraq liderliyə yüksəlib. Beşinci turu daha 4 şahmatçımız qələbə ilə başa vurub. Belə ki, Gülnar Məmmədova Xəyalə Abdulla, Xanım Balacayeva serbiyalı Jovana Erik, Zeynəb Məmmədyarova rumıniyalı Andreea-Marioara Cosman, Nəsrin Babayeva avstriyalı Denise Trippold üzərində qələbə qazanıb.
Digər təmsilçilərimiz - Gövhər Beydullayeva rusiyalı Leya Qarifullina, Türkan Məmmədyarova yunanıstanlı Yekaterina Pavlidou qarşılaşmaları heç-heçə ilə başa çatıb.
İki şahmatçımız məğlubiyyətlə üzləşiblər - Ülviyyə Fətəliyeva Viktoriya Radeva (Avropa Şahmat İttifaqı), Ayan Allahverdiyeva rumıniyalı Pancu Aureliana-Eugeniaya uduzublar.
Qeyd edək ki, beş turdan sonra G.Məmmədzadə 4,5 xalla liderdir. G.Beydullayeva, G.Məmmədova, X.Balacayeva 3,5, Zeynəb Məmmədyarova 3, Ü.Fətəliyeva 2,5, X.Abdulla, T.Məmmədyarova 2,5, N.Babayeva 2, A.Allahverdiyeva 1 xal qazanıblar.
Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
