İdman
"Neftçi" yeni mövsümdə ilk qələbəsini qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ilk matçında çempionata heç-heçə ilə başlayan "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqlarzın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu "ağ-qaralar"ın heyətində Fəhmin Muradbəyli vurub. 25 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Mehdi Cənnətovun səhvindən yararlanaraq, komandasını önə keçirib. Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov fərqi artırıb - 2:0. İki dəqiqə sonra buraxılan qollardan birinin əvəzini çıxan "Zirə"nin hücumçusu Davit Volkov matçda yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Zirə" isə 1 xalla 5-ci sırada qalıb.
Turun son oyununda "Qarabağ" "Səbail"i qəbul edəcək. "Azersun Arena"dakı görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Keşlə"ni 2:1, "Sumqayıt" isə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
