İdman
Tokio-2020: İlham Zəkiyev mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 7 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Publika.az növbəti yarış günündə əvvəlcə para-atlet Elvin Astanov qüvvəsini sınayacaq. O, nüvə itələmə növündə medal qazanmağa çalışacaq.
100 metr məsafəyə arxası üstə üzmə yarışında paralimpiya çempionu olan Raman Saleh bu dəfə 50 metr məsafəyə sərbəst üsulla üzmədə eyni uğuru təkrarlamağa çalışacaq.
Ardınca bütün diqqətlər paracüdoçulara yönələcək. Qadınlardan Dürsədəf Kərimova (+70 kq), kişilərdən isə Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq) tatamiyə çıxacaq.
Mübarizəyə 1/4 finaldan start verəcək Kərimovanın rəqibi ukraynalı Anastasiya Harnik olacaq. Abdullaxanlı isə ilk görüşünü Özbəkistan cüdoçusuna qarşı keçirəcək. O, 1/8 finalda Şərif Xəlilovla münasibətlərinə aydınlıq gətirəcək. İkiqat paralimpiya və dünya çempionu Zəkiyev isə 1/8 finalda ABŞ təmsilçisi Cek Hocsonla qarşılaşacaq.
Azərbaycanın digər para-atleti Elmir Cəbrayılov 100 metr məsafəyə qaçış üzrə təsnifat mərhələsində mübarizə aparacaq. O, finala yüksəlmək üçün öz qrupunda finişə ən azı ikinci çatmalıdır.
Son olaraq isə Azərbaycan pauerliftinqçisi Nurlan Babacanov (97 kq) qüvvəsini sınayacaq.
Tokio-2020 Yay Paralimpiya Oyunları
Atletika
Nüvə itələmə
04:34 Elvin Astanov
Üzgüçülük
50 metr məsafəyə sərbəst üsulla üzmə
05:13 Raman Saleh
Cüdo
Qadınlar
+70 kq
05:30. 1/4 final. Dürsədəf Kərimova - Anastasiya Harnik (Ukrayna)
Kişilər
100 kq
05:30. 1/8 final. Kənan Abdullaxanlı - Şərif Xəlilov (Özbəkistan)
+100 kq
05:30. 1/8 final. İlham Zəkiyev (+100 kq) - Cek Hocson (ABŞ)
Atletika
100 metr məsafəyə qaçış
07:25. Təsnifat. Elmir Cəbrayılov
Pauerliftinq
97 kq
13:30. Nurlan Babacanov
Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasında 7-si qızıl, 2-si bürünc olmaqla 9 medal qazanıb. Yığma bu göstərici ilə medal sıralamasında 7-cidir.
-
Region23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə














.jpg)




















