İdman
Azərbaycanlı idmançı: Mənə 1 milyon mükafat vəd edilib
"Olimpiadadan sonra mənə Zaporojye bölgəsində 2 otaqlı mənzil verdilər. Tezliklə orada təmir işlərinə başlayacağam".
Bunu Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra aldığı mükafatlar barədə "КП в Украине" nəşrinə müsahibəsində deyib.
Yaponiya paytaxtındakı yarışda gümüş medal qazanmış 23 yaşlı idmançı bildirib ki, Zaporojye meri ona 1 000 000 qrivna mükafat vəd edib: "Vergilər çıxıldıqdan sonra təqribən 800 000 qrivna (1000 qrivna 64 manat - red.) pul qalacaq. Amma hələlik vəsait hesabıma köçürülməyib. Mən də gözləyirəm. Olimpiadadan sonra aldığım 80 000 ABŞ dolları məbləğində mükafatı Nikolayevdə yaşayan valideynlərimə verdim. Onlar mənzil almaq istəyirlər".
Nəsibov Tokio olimpiadasından sonra aylıq məvacibində dəyişiklik olmadığını söyləyib: "Məbləğ hələlik əvvəlki kimi 15 000 qrivnadır. Belə başa düşürəm ki, maaşla bağlı qərar 2022-ci ildən qüvvəyə minəcək. Prezident müavinəti də nəzərdə tutulur. Yaxşı olmalıdır. Alanda sizə deyəcəyəm".
Bir müddətdir ukraynalı qadın güləşçi Yelena Kremzerlə sevgili olan Nəsibov onunla tanışlığından söz açıb. İdmançı toya hazırlaşdığını gizlətməyib: "Biz yeniyetmə yaşlarında - Dünya çempionatına gedəndə tanış olmuşuq. Çox xoşuma gəldi və ona diqqət yetirməyə başladım. Çoxdandır belə qız axtarırdım. O, mənim üçün qeyri-adi idi. İlk baxışdan vuruldum. Yelena isə dost olduğumuzu düşünürdü (gülür - red.). Bu, mənim üçün sevgi, ona görə isə yalnız dostluq idi. Yalnız bir müddətdən sonra mənə qarşı hissləri oyandı. Tezliklə toy olacaq. Olimpiadadan sonra bir az nəfəs alıb bu barədə düşünmək olar".
Sevimli məşğuliyyətlərindən də danışan Nəsibov maraqlı televiziya proqramlarını izləməyi xoşladığını vurğulayıb: "Amma daha çox balıq tutmağı və dincəlməyi sevirəm. Bunlar mənim hobbimdir. Bədənimin və ruhumun dincəldiyi ən sevimli yer isə ata ocağıdır".
Güləşçi sonda "Ukrayna prezidenti Volodimir Zelenskidən nə soruşardınız" sualına bu cür cavab verib: "Mən ona ölkə üçün etdiyi hər şeyə görə yalnız təşəkkürümü bildirərəm. Şəxsən mən liderimizin dəstəyini hiss edirəm. Fəxr edirəm ki, ölkəmizin başında belə bir insan dayanır. Onunla asanlıqla ünsiyyət qura bilərsiniz, açıq və mehribandır. Başqa ölkələrin prezidentləri ilə bu, praktiki olaraq mümkün deyil".
Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunun Muğanlı kəndində anadan olub.(Report)



-
İdman06:16Ronaldo zəmanət aldı, gələcəyi ilə bağlı qərar verdi
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə












.jpg)














.jpg)
.jpg)




