İdman
Avropa Liqası: "Lester" səfərdə "Spartak"ı məğlub etdi
Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsində III turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, Rusiyanın "Spartak Moskva” klubu C qrupunda İngiltərənin "Lester" komandasını qəbul edib. Moskvadakı "Spartak" stadionunda oynanılan qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı meydan sahibləri açıblar. Oyunun 11-ci dəqiqəsində Aleksandr Sobolyov fərqlənib. Matçın 44-cü dəqiqəsində Cordan Larsson fərqi iki topa çatdırıb. Lakin "Lester" oyunda geridönüş etməyi bacarıb. Zambiyalı hücumçu Patson Daka 45-ci, 48-ci 54-cü və 79-cu dəqiqələrdə rəqib qapısına yol tapmaqla poker edib. Qarşılaşmanın 86-cı dəqiqəsində Sobolyov dubl müəllifi olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Bu qalibiyyətdən sonra xallarını 4-ə çatdıran "Lester" 2-ci pilləyə yüksəlib. "Spartak" isə 3 xalla 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" komandası başçılıq edir. Bir xalı olan İtaliya "Napoli"si isə sonuncudur. “Legiya” oktyabrın 21-də səfərdə “Napoli” komandası ilə görüşəcək.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


