İdman
"Liverpul" heç-heçə etdi, "Mançester Siti" məğlub oldu
Oktyabtın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turun növbəti oyunları keçirilib.
Publika.az xəbər verir ki, turun ilk oyun günündə 7 görüş baş tutub.
Turun ən gözlənilməz hesabı “Etihad” stadionunda qeydə alınıb. Son çempion “Mançester Siti” öz meydanında “Kristal Palas” komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kristal Palas”ın heyətində Vilfrid Zaha (6) və Konor Qallaqher fərqləniblər. Matçın 44-cü dəqiqəsində Mançester təmsilçisinin müdafiəçisi Emerik Laport birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qələbə sayəsində xal ehtiyatını 12-ə çatdıran “Kristal Palas” turnir cədvəlində 13-cü, “Mançester Siti” isə 20 xalla üçüncü yerdə qərarlaşıb.
Turun digər gözlənilməz hesabı “Liverpul” və “Brayton” komandaları arasında qeydə alınıb. Mersessayd təmsilçisi oyunda iki top fərqi ilə üstünlük əldə etsədə hesabı qoruya bilməyib. Qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb. Jordan Henderson, Sadio Manenin qollarına qonaqların futbolçuları Enok Mvepu və Leonardo Trossard cavab verib. Matçın 33-cü dəqiqəsində Sadio Mane penaltidən fərqlənmək fülsəti ildən verib. "Liverpul" 22 xalla ikinci, "Brayton" isə 16 xalla 7-ci yerdədir.
Turun açılış görüşü “Kinq Pover” stadionunda “Lester” və “Arsenal” komandaları arasında olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Qabriel (5) və Emil Smit-Rou (18) fəqləniblər. Bu qələbə sayəsində xal ehtiyatını 17-yə çatdıran “Arsenal” turnir cədvəlinin beşinci pilləsinə yüksəlib, “Lester” isə 14 xalla onuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun mərkəzi qarşılaşması "Tottenhem" və "Mançester Yunayted" komandaları arasında baş tutub. Həmin görüşdə ikinci hissə oynanılır.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Börnli" - "Bredford" - 3:1;
"Vatford" - "Southemton" - 0:1;
"Nyukasl Yunayted" - "Çelsi" - 0:3.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
