İdman
Millimiz Lüksemburqa qarşı
Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Publika.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruber olacaq.
Qrupdakı son oyun öncəsi Azərbaycan millisi 1 xalla sonuncu, Lüksemburq isə 6 xalla 3-cüdür. Hər iki yığma pley-off şanslarını itirdiyindən, görüş formal xarakter daşıyır. Matç yalnız xal ehtiyatını artırmaq baxımından önəmli ola bilər.
İndiyədək Azərbaycan və Lüksemburq yığmaları 6 dəfə üz-üzə gəlib. Yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gələn Azərbaycan millisi rəsmi matçların heç birindən qələbə ilə ayrıla bilməyib. Həmin qarşılaşmalardan 2-də Lüksemburq üstün olub, 3-ü isə heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər oyununda Portuqaliya millisi İrlandiyanın qonağı olacaq.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
IX tur
21:00. Azərbaycan - Lüksemburq
Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Yulian Vaynberger (hamısı Avstriya)
Bakı Olimpiya Stadionu.
Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (7).
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?













.jpg)



















.jpg)




