İdman
"Çelsi" doğma meydanda "Yuventus"u darmadağın etdi
Noyabrın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib. Turun ən maraqlı oyunu İngiltərədə keçirilib. "Çelsi" doğma meydanda "Yuventus" klubunu qəbul edib. Gərgin keçən qarşılaşmada London təmsilçisi Turin komandasının qapısından dörd cavabsız top keçirib.
Gün ərzində keçirilən turun digər oyunlarının hesabları aşağıda qeyd olunub:
E qrupu
"Dinamo Kiyev" (Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2;
"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)- 0:0.
Qrupdakı vəziyyət: "Bavariya" - 15, "Barselona" - 7, "Benfika" - 5, "Dinamo" - 1.
F qrupu
"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2;
"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) - 3:3.
Qrupdakı vəziyyət: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 4.
G qrupu
"Lill" (Fransa) - "Zaltsburq" (Avstriya) - 1:0;
"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:0.
Qrupdakı vəziyyət: "Lill" - 8, "Zaltsburq" - 7, "Lill" - 5, "Sevilya" - 6, "Volfsburq" - 5.
H qrupu
"Malmö" (İsveç) - "Zenit" (Rusiya) - 1:1;
"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 4:0.
Qrupdakı vəziyyət: "Çelsi" - 12, "Yuventus" - 12, "Zenit" - 4, "Malmö" - 1.
Qeyd edək ki, hələlik “Bavariya” və “Yuventus” ilə yanaşı, “Liverpul”, “Ayaks", "Mançester Yunayted" və "Çelsi" klublarının da pley-offa vəsiqə qazanması dəqiqləşib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
