İdman
Daha 5 klub ÇL-nin 1/8 final mərhələsinə vəsiqə qazandı
Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun yekunlarına əsasən İngiltərənin “Mançester Siti”, Fransanın “Paris Sen-Jermen”, İspaniyanın “Real”, İtaliyanın “İnter” və Portuqaliyanın “Sportinq” klubları yarışın 1/8 final mərhələsinə yüksəlib.
Publika.az xəbər verir ki, turun mərkəzi oynunda "Mançester Siti" "PSJ"-ni qəbul edib. Hesabı 50-ci dəqiqədə Mbappenin qoluyla fransızların açmasına baxmayaraq, 63 və 76-ci dəqiqələrdə Sterlinq və Gabriel Jesusun qolları İngiltərə təmsilçisinə qələbə qazandırıb. Qrupun digər oyununda Almaniyanın "Leyptsiq" klubu Belçikanın "Brügge"sini 5:0 hesabı ilə məğlub edib. Beləliklə, “Mançester Siti” və PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni təmin ediblər.
D qrupunda “Real Madrid” Moldovanın “Şerif” klubuna 3:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. "Real Madrid"in qələbəsi sayəsində daha əvvəl "Şaxtyor Donetsk"i məğlub edən "İnter"də (2:0) turnirin 1/8 finalına çıxıb.
Portuqaliya “Sportinq” klubu doğma meydançada alman "Borussiya" Dortmundunu 3:1 hesabı ilə məğlub edib və 9 xal toplayaraq C qrupunda ikinci yeri təmin edib. Daha əvvəl qrupa birinci yeri hollandiyalı "Ayaks" təmin etmişdir (15 xal).
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
