İdman
“Qalatasaray” növbəti mərhələyə vəsiqə qazandı
UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.
Publika.az xəbər verir ki, Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransanın "Marsel" klubunu qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.
Hesabı 12-ci dəqiqədə "sarı-qırmızılar"ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Due Çaleta-Tsar topu öz qapısına vurub. Oyunun 64-cü dəqiqəsində Sofyan Fequli fərqi 3 topa çatdırıb.
Göprüşün 68-ci dəqiqəsində "Marsel" penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel "Qalatasaray"ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə yenidən Milik qoyub.
E qrupunun digər matçında İtaliyanın "Latsio" klubu səfərdə Rusiyanın "Lokomotiv" komandasından üstün olub - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk iki yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.
Eyni zamanda Almaniyanın "Bayer" və İspaniyanın "Betis" klubu da yenicə başa çatan oyunların yekununda UEFA Avropa Liqasında mərhələ adlayıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

