İdman
"Lester Siti" öz meydanında böyük hesablı qələbə qazandı
Dekabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turunun növbəti iki görüşü keçirilib.
Publika.az xəbər verir ki, iki turda qələbə qazana bilməyən “Lester Siti” öz meydanında autsayder “Nyukasl Yunayted” komandasını qəbul edib.
Oyunda hesabı meydan sahibləri 39-cu dəqiqədə açıb. Yuri Tilemans hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib – 1:0. Fasilədən sonra üstünlüyü qoruyan “Lester Siti” rəqibin qapısına ikinci dəfə yol tapıb. Patson Daka Xarvi Barnsın ötürməsini qola çevirib – 2:0. Qarşılaşmanın 81-ci dəqiqəsində Yuri Tilemans özünün ikinci komandasının üçüncü qolunu vurub - 3:0. Bu da oyunda son qol olmayıb. Oyunun 85-ci dəqiqəsində Ceyms Meddison görüşdə son nöqtəni qoyub – 4:0.
Böyük hesablı qələbə qazanaraq xal ehtiyatını 22-ə çatdıran “Lester Siti” turnir cədvəlində 8-ci pilləyə yüksəlib. On xalı olan “Nyukasl Yunayted” isə 19-cu yerdə qərarlaşıb. Növbəti turda “Lester Siti” öz meydanın “Tottenhem”i, “Nyukasl Yunayted” isə səfərdə “Liverpul” komandası ilə üz-üzə gələcək.
Günün digər görüşündə cari mövsüm yaxşı oyun sərgiləyən və dördüncü pillədə qərarlaşan “Vest Hem Yunayted” öz meydanında “Börnli” komandasını qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. buna baxmayaraq qələbə qazanmaq üçün hücumları öz bəhrəsini verməyib və qarşılaşma qolsuz heç-heçə başa çatıb.
Ötən gün turnir cədvəlinin lideri “Mançester Siti” klubu “Etihad” stadionunda “Volverhemton” komandasını qəbul edib.
Görüş “şəhərli”lərin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Pep Qvardiolanın yetirmələrinin heyətində yeganə qolun müəllifi 66-cı dəqiqədə Rahim Sterlinq olub.
Çempionluğa iddialı “Liverpul” doğma azarkeşlər önündə “Aston Villa” komandasını qəbul edib. Bu oyunda da azarkeşlər bir qolun şahidi olublar. “Liverpul”a qələbə qazandıran qolun müəllifi 67-ci dəqiqədə Məhəmməd Salah olub. Misirli ulduz hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.
Ötən tur məğlubiyyətlə üzləşən, eyni zamanda liderliyini itirən “Çelsi” klubu cari mövsüm zəif oyun nümayiş etdirən “Lids Yunayted” komandasını qəbul edib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 5 qol vurulub. London təmsilçiləri 3:2 hesabı ilə qələbə qazanaraq vacib üç xal qazanıblar.
Turun digər görüşlərində “Southemton” səfərdə “Arsenal” (3:0), “Uotford” isə “Bredford”a (2:1) məğlub olub.
“Norviç Siti” öz meydanında “Mançester Yuneyted” komandasına məğlub olub – 0:1.
Qeyd edək ki, on altı turdan sonra turnir cədvəlinə 38 xalla “Mançester Siti” klubu başçılıq edir. Bir xal az toplayan “Liverpul” ikinci, “Çelsi” 36 xalla üçüncü, “Vest Hem Yunayted” 28 xalla dördüncü yerdə qərarlaşıb.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


