İdman
Nazirdən bölgə uşaqları ilə bağlı tapşırıq - VİDEO
Gənclər və idman naziri Fərid Qayıbov Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi zonalarında səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində Qayıbov Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı və Şamaxı Olimpiya İdman Komplekslərinin, Qobustan idman kompleksinin fəaliyyətləri ilə tanış olub. O, müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.
Həmçinin Qax, Zaqatala, Şəki və Qobustan Uşaq-Gənclər İdman Məktəblərinə baxış olub, mövcud vəziyyət yerində öyrənilib.
Komplekslərin fəaliyyəti ilə tanışlıq zamanı bu idman qurğularının potensialından maksimum dərəcədə yararlanmaq imkanları müzakirə edilib. Nazir komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülik hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Balakən və Qobustan Gənclər Evlərinin fəaliyyəti ilə tanış olan Fərid Qayıbov, klub və dərnəklərin fəaliyyəti, xidmətlərin səviyyəsi ilə də maraqlanıb. İstedadlı gənclərin yaradıcılıq uğurları barədə məlumat verilib. Həmin mərkəzlərin problemləri ilə maraqlanan nazir burada gənclərə xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib, müvafiq tövsiyələr verib.
Görüşlərdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov və mətbuat katibi Qabil Mehdiyev də iştirak ediblər.
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN













.jpg)


























