İdman
"Qarabağ" "Marsel"ə uduzaraq mübarizəni dayandırdı - YENİLƏNDİ
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Publika.az">Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Tofiq Bəhramov adına Respublika stadionunda Fransa "Marsel"ini qəbul edib.
Qarşılaşma "köhlən atlar"ın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. 12-ci dəqiqədə qonaqların heyətində Pap Quye fərqlənib. Qoldan sonra Azərbaycan təmsilçisi təzyiqi artırıb.
34-cü dəqiqədə "Qarabağ"ın futbolçusu İbrahima Vadji topu əllə rəqib qapısından keçirib. Baş hakim Bartoş Frankovski ilk olaraq mərkəzi göstərib. Qonaqların futbolçuları və məşqçilər heyəti buna kəskin şəkildə etiraz ediblər. Yalnız "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra polşalı referi qolu ləğv edib və insidentə görə "Marsel"in qapıçısı Stiv Mandanda ilə "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiçəyə sarı vərəqə göstərib. "Köhlən atlar" hissənin sonlarınadək bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib.
İkinci yarıya da meydan sahibləri daha sürətli başlayan tərəf olub. 54-cü dəqiqədə Qurban Qurbanov Filip Ozobiçin yerinə ikinci hücumçunu - Ramil Şeydayevi meydana buraxıb. Buna baxmayaraq rəqib müdafiəçilər və qapıçı bir neçə epizodda fərqlənməyə icazə verməyib. 68-ci diqəqədə digər forvard Rüstəm Əhmədzadə Vadjini əzəvləyib. 70-ci dəqiqədə Ramil Şeydayev hesabı bərəbərlişdirməyə yaxın olub. Hücumçu Mandanda ilə təkbətək çıxsa da, qapıçı topu dəf edib. 74-cü dəqiqədə Kevin Medinanın uzaq məsafədən zərbəsi qapının üstündən keçib. İki dəqiqə sonra Şeydayevin başla zərbəsi də təhlükəli alınıb. Əvəzində 77-ci dəqiqədə Matteo Genduzi "Marsel"in ikinci qoluna imza atıb. Qoldan sonra Musa Qurbanlı Abdullah Zubiri, İsmayıl İbrahimli isə Qara Qarayevi əvəzləyib. 90+2-ci dəqiqədə De La Fuente görüşdə son nöqtəni qoyub.
Fransadakı ilk qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzan "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
xxx
23:25
"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Publika.az">Publika.az xəbər verir ki, meydan sahiblərinin heyətində Matteo Genduzi 77-ci dəqiqədə fərqlənib.
xxx
"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk qol vurulub.
Publika.az">Publika.az">Publika.az xəbər verir ki, 12-ci dəqiqədə rəqibin heyətində Pap Quye hesabı açıb.
Qeyd edək ki, Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.
xxx
21:45
"Qarabağ" və Fransa "Marsel"i arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşma saat 21:45-də start götürüb.
Görüşü polşalı Bartoş Frankovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp





























.jpg)



.jpg)

