İdman
Azad edilən bölgələrdə ilk idman tədbiri gerçəkləşdi - VİDEO
İşğaldan azad olunan torpaqlarda ilk idman tədbirini Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası təşkil edib.
Federasiyanın Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Tərtər rayonunun Suqovuşan qəsəbəsində Suqovuşan su anbarında avarçəkənlərin təlim-məşq toplanışı və çıxışları olub.
Suqovuşana səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təlim-məşqi izləyiblər.
Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının məlumat lövhələri ilə tanış olub. Yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan bazaların yaradılacağı məkanlar Prezidentə təqdim edilib. Qeyd olunub ki, yeni bazaların qurulmasında əsas məqsəd yeniyetmə və gənclər arasında bu idman növünə marağı artırmaq, kütləviliyi təmin etmək və inkişafına nail olmaqdır.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançıların avarçəkmənin akademik, kanoe və kayak növündə keçidini izləyib. Sonda Azərbaycan Respublikasının üçrəngi bayrağı özünəməxsus tərzdə ucaldılıb.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)



















.jpg)

.jpg)