İdman
“Ferrari” artıq çox sürətlidir - Vilnöv
Sabiq "Formula 1" sürücüsü Jak Vilnöv bildirib ki, “Ferrari” artıq yeni “Mercedes”dir.
Publika.az xəbər verir ki, “qırmızılar” ilk 3 yarışda inamlı təsir bağışlayaraq, iki qələbə qazanıblar və hazırda hər iki çempionatda da liderdirlər.
Jak Vilnöv bildirib ki, “Red Bull” hazırda çox məyusdur: “Bolid sürətli olsa da, sürmək çətindir. “Ferrari”yə qarşı mübarizə aparmaq üçün Maks və Serxio əllərindən gələni etməlidirlər.
“Ferrari” sürətlidir və bolidi daha rahat sazlamaq olur. Bu, “Red Bull” üçün də çətin haldır, çünki “Mercedes”lə mübarizə aparmağa öyrəşmişdilər və artıq çempiondurlar. Bu da onların üzərindəki təzyiqi artırır. Həm Sürücülər, həm də Mühəndislər Çempionatında çox geri qalırlar. Mübarizəni vaxtından əvvəl dayandırmaq onlara baha başa gəlir.
Digər tərəfdə isə Lekler qələbələr qazanaraq, çempionatı birinci yerdə aparır. Təbii ki, hələ sona 20 yarış var, amma komanda yoldaşı geridədir və əsas rəqibi Ferstappenə böyük xal fərqi ilə üstünlük qazanıb. İtalyanlar məndən tez-tez soruşurlar ki, bu il qələbə ilidir? Tiffozi uğura inanmır. Həmişə düşünürlər ki, işlər tərsinə dönəcək. Alonso və Fettel dövründən sonra belə düşünmələri başa düşüləndir. Ancaq “Ferrari” artıq çox sürətlidir, onlar yeni “Mercedes”dirlər”.
-
Avropa08:12Avropada poliqonunda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi



































.jpg)


