İdman
Mədət Quliyev onları təltif etdi - FOTO
Müdafiə sənayesi naziri, Milli Qəhrəman, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyevin aprelin Bakıdakı bədii gimnastika üzrə Dünya Kubokunda 1 qızıl, 1 gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komanda üzvləri ilə görüşüb.
Publika.az">Publika.az-ın nazirliyin rəsmi saytına istinadən məlumatına görə, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva da iştirak edib.
M.Quliyev qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinanı “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.
Tədbirdə həmçinin Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının məşqçiləri Siyana Vasileva, Səbinə Qaratova, hakim Yevgeniya Vilyayeva, baş xoreoqraf Kamil Quliyev və baş katib Nurlana Məmmədzadəyə də yubiley medalları təqdim olunub.
Daha sonra çıxış edən nazir ölkədə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə gəlişindən sonra gimnastika sahəsində qısa müddət ərzində yüksək uğurlar əldə olunub. M.Quliyev qrup hərəkətləri üzrə yığmanın Dünya Kubokunda qızıl və gümüş medallar qazanmasını bu uğurların nəticəsi kimi dəyərləndirib.
Görüşün sonunda nazir gimnastların ona ünvanladığı suallarını cavablandırıb, keçdiyi həyat yolundan maraqlı məqamları bölüşüb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



























.jpg)







.jpg)


