İdman
Məşhur kikboksçular Azərbaycan çempionatında
Kikboksinq üzrə kişilər və qadınlar arasında keçirilən XXVI Azərbaycan çempionatında 1/4 final görüşləri davam edir.
Federasiyanın Mətbuat Xidmətindən Publika.az">Publika.az-a verilən məlumata görə, bu gün saat 17:00-dan başlanacaq yarımfinal qarşılaşmalarında Azərbaycanın tanınmış kikboksçuları mübarizəyə qoşulacaq.
Bunların arasında peşəkar kikboksçu, Ukraynada yaşayan azərbaycanlı Alim Nəbiyev ilk dəfə yerli çempionatda debüt edəcək. O, Zabit Səmədovun adını daşıyan döyüş klubunu təmsil edəcək. "Glory" turnirində çıxışları ilə tanınan Nəbiyev 81 kq çəki dərəcəsində "Full Contact" versiyası üzrə mübarizə aparacaq.
Bundan başqa, Azərbaycanın dünya çempionları - federasiyanın I vitse-prezidenti Ramal Aslanov (75 kq, "Dinamo" İdman Cəmiyyəti), Eduard Məmmədovun tələbəsi olan Anar Məmmədov (57 kq, ZV Döyüş Akademiyası) və Bəhram Rəcəbzadə (+91 kq, "Altın Qurd") yarımfinaldan mübarizəyə qoşulacaq. Onların hər üçü "Low Kick" versiyası üzrə çıxış edəcək.
Qeyd edək ki, Sərhədçi İdman Olimpiya Mərkəzində mayın 22-də keçiriləcək final görüşləri "İdman" telekanalı vasitəsilə canlı göstəriləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
