İdman
Rafael Ağayev Avropa çempionatında mübarizəni dayandırdı
Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
Publika.az">Publika.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda kiprli Panayiotis Loizidesi, ardınca isə slovakiyalı David Podsklanı məğlub edib.
Lakin o, 1/4 finalda Bosniya və Herseqovina təmsilçisi Hamza Turuljaya uduzaraq, yarışla vidalaşıb.
Bu gün tatami üzərinə çıxan digər Azərbaycan karateçilərindən yalnız Fəridə Əliyeva (+60 kq) medal qazanmaq şansını saxlayır. O, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib. Kişilərdən Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq), qadınlardan isə Alya Rzazadə (61 kq) ilə İrina Zaretska (68 kq) yarışı erkən başa vurub.
Fərdi kata yarışlarında isə Roman Heydərov ilk iki mərhələni adlasa da, medal görüşlərinə vəsiqə qazana bilməyib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)



















.jpg)

.jpg)