İdman
Bakı 2022: ABŞ-lı atıcı çətinlikdən şikayətləndi
Atıcılıq üzrə Dünya Kubokunun bugünkü finallarında 25 metr məsafəyə tapançadan cəld atəşaçma üzrə qarışıq komanda yarışında qızıl medalı Koreya komandası qazanıb.
Publika.az xəbər verir ki, yarışın həm gümüş, həm də bürünc medalına isə Ukrayna komandaları sahiblənib və Ukrayna hələlik 8 medalla Kubokda medal sayı ən çox olan ölkədir.
Stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında qızıl medal uğrunda komanda yarışında Almaniya komandası qalib gəlib. Gümüş medalı isə Amerika Birləşmiş Ştatlarının qadınları əldə edib. ABŞ kişi komandası eyni növdə yarışın qızıl medalına yiyələniblər.
Amma yarış zamanı idmançılar çətinlikləri də olduğunu deyiblər.
Kişilərin dairəvi stend növü üzrə yarışlarında qızıl medal qazanan amerikalı çempion Uinsen Hankok: “Günəş batanda bir tərəfdə hava tam qaralmır - günəşin batışı sahəyə kölgə salır. Əsasən də 5-ci sahədə skitlərin çıxdığı blokların üzərinə kölgə düşür. Bu zaman mübarizə aparmaq çətinləşir. Amma bu, bizim mübarizə əzmimizi artırdı”.
Sabah Bakıda Dünya Kuboku yarışlarının son günüdür.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
