İdman
"Qarabağ" Bakıda "Sürix"i məğlub etdi - YENİLƏNDİ
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma "köhlən atlar"ın üstünlüyü ilə başlayıb. 2-ci dəqiqədə Filip Ozobiçin fərqlənməsinə qapıçı Yanik Brexer mane olub. Ardınca, Riçar Almeydanın zərbəsi qapının yanından keçib. 9-cu dəqiqədə Elvin Cəfərquliyev də qapıçı səddini keçə bilməyib. Əvəzində 17-ci dəqiqədə Kadi Borges hesabı açıb. Qolun artından İbrahima Vadji əlinə düşən əlverişli imkanı boşa verib. 27 yaşlı seneqallı hücumçu 36-cı dəqiqədə istəyinə çataraq qonaqları növbəti dəfə məyus edib.
İkinci yarının əvvəlində də "Qarabağ" hücum edən tərəf olub. 50-ci dəqiqədən sonra İsveçrə təmsilçisi hücumlarının sayını artırıb. "Sürix"in bir neçə təhlükəli epizodunda qapıçı Şahruddin Məhəmmədəliyev topun qapıdan keçməsinə imkan verməyib. Bir saatın tamamında Filip Ozobiçin yerinə meydana Ramil Şeydayev daxil olub. 65-ci dəqiqədə Lindrit Kamberi hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Qonaqların sevinci çox çəkməyib. Bir dəqiqə sonra İbrahima Vadji özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 71-ci dəqiqədə Elvin Cəfərquliyev yerini Toral Bayramova, Marko Yankoviç isə İsmayıl İbrahimliyə verib. 78-ci dəqiqədə Kvabena Ovusu görüşdə dubl edən İbrahima Vadjinin, Abbas Hüseynov Marko Veşoviçin yerinə meydana daxil olub. 85-ci dəqiqədə Mirlind Kryeziu penaltini dəqiqə yerinə yetirməklə hesab arasındakı fərqi minimuma endirib.
Beləliklə, "Qarabağ" ilk görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.
xxx
UEFA Çempionlar Liqasınının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Sürix” qarşılaşmasında qonaqlar fərqi azaldıb.
Publika.az xəbər verir ki, “Sürix”in heyətində 65-ci dəqiqədə L.Kamberi fərqlənib. Lakin bu qoldan dərhal sonra təmsilçimiz yenidən fərqlənib. “Qarabağ”ın heyətində İ.Vadji yenidən fərqi iki topa çatdırıb.
20:41
xxx
“Qarabağ” “Sürix”lə qarşılaşmada fərqi artırıb.
Publika.az xəbər verir ki, təmsilçimizin heyətində 36-cı dəqiqədə İ.Vadji hesabı 2-0 edib.20:22
xxx
Azərbaycan çempionu “Qarabağ” “Sürix”lə qarşılaşmada hesabda önə keçib.
Publika.az xəbər verir ki, təmsilçimizin heyətində 17-ci dəqiqədə Kadi Borges hesabı açıb.
xxx
20:00
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.
Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq.
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”




































