İdman
Protezlə təmin edilmiş qazilər futbol oynadı - FOTO
Vətən müharibəsində yaralanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qəhrəman qazilərin futbol yarışı keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yarışı izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov, millət vəkilləri və digər tanınmış şəxslər də olub.
Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri, digərləri isə nazirlik əməkdaşları olub.
Maraqlı oyun epizodları ilə keçən oyunda şərti adlandırılan “Canavarlar” və “Aslanlar” komandaları üz-üzə gəlib. Müharibə əlillərinin əzmkar mübarizəsi ilə yaddaqalan oyun “Canavarlar”ın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Yarışın sonunda iştirakçılara təşəkkürnamə və medallar təqdim edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 324 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.
Vətən müharibəsində əzalarını itirən hərbçilərimiz son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edirlər. Hətta idman yarışlarında da iştirak edə bilmək bacarığına sahib olurlar.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





