“Hafka” qardaşını qaytardı
Bizi izləyin

İdman

“Hafka” qardaşını qaytardı

“Hafka” qardaşını qaytardı

Maliyyə problemləri ucbatından çətin duruma düşən “Bakı”da daha bir dəyişiklik baş verib.

Publika.az xəbər verir ki, klub prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov yenidən komandaya qayıdıb. Zeynal Məmmədov əvvəllər “Bakı”da vitse-prezident vəzifəsini tutub. Ancaq klubun idarəetmə sistemi ilə bağlı yaranan fikir ayrılığından sonra komandanı tərk etmişdi.

Məhz Zeynal Məmmədovun gedişindən sonra “Bakı”nın həm idarəetmə, həm də maliyyə sistemində çöküş başlamışdı. Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, Zeynal Məmmədov bəzi kadrların Hafiz Məmmədova xəyanət etdiyini bilərək, onların uzaqlaşdırılmasını tələb edib.

Ancaq Hafiz Məmmədov qardaşının iddialarına əhəmiyyət verməyib. Belə olan təqdirdə, Zeynal Məmmədov “Bakı”dan gedib. Onun Litvada özünə biznes qurduğu barədə də məlumat yayılmışdı.

Görünür, Hafiz Məmmədov başına gələnlərdən, “Bakı”nın az qala tamamilə dağılma həddinə çatmasından sonra yanlış addım atdığını anlayıb və qardaşını komandaya qaytarıb.

Məlumata görə, Hafiz Məmmədov “Bakı”nın idarəetmə sistemində bütün səlahiyyətləri qardaşına verib. Zeynal Məmmədov artıq məşqçi və futbolçularla görüşüb. O, yaxın vaxtlarda hər şeyin müsbətə doğru dəyişəcəyini bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm