İdman
UEFA "Fənərbaxça" azarkeşlərinin davranışı ilə bağlı ARAŞDIRMA APARIR
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Fənərbağça" - "Dinamo" matçında türk azarkeşlərin hərəkətləri ilə bağlı araşdırmalara başlayıb .
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb .
"İntizam Qaydalarının 31 (4)-cü maddəsinə uyğun olaraq, UEFA Etika və İntizam Müfəttişi Çempionlar Liqasının seçmə mərhələsinin 27 iyul 2022-ci il tarixində Kiyev "Dinamo"su ilə İstanbulda keçirilən cavab oyunu zamanı "Fənərbağça" azarkeşlərinin yol verdiyi iddia edilən qanunsuzluqlarla bağlı intizam araşdırması aparacaq", - qurumdan bildirilib.
Qeyd edək ki, oyun zamanı türk klubunun bəzi azarkeşləri Rusiya prezidenti Vladimir Putinin adını səsləndirməyə başlayıblar.
“Fənərbağça” azarkeşlərinin davranışı “Dinamo”nun baş məşqçisi Mirça Luçeskunu qəzəbləndirib, o , türk azarkeşlərin hərəkətini pisləyib və oyunsonrası mətbuat konfransını boykot edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
