İdman
Fərid Qayıbov İslamiadadakı idmançılarla görüşdü - FOTO
V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov bir sıra idman növlərində idmançılarımızın çıxışlarını izləyib, onları tribunadan dəstəkləyib.
Publika.az xəbər verir ki, yarışlardan öncə idmançılarımızla görüşən nazir onlara uğurlar arzulayıb.
Bu gün ağırlıqqaldırma növündə idmançılarımızın yarışlarını zaldan izləyən Fərid Qayıbov, yarış zamanı Türkiyənin KonTv telekanalına müsaibə verərək Azərbaycan idmançılarının çıxışları və Oyunlar təşkili barədə fikirlərini bölüşüb.
Nazir 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Mərakeş yığması ilə oyunundan əvvəl milli komanda üzvləri ilə görüşüb, futbolçularımıza uğurlar arzulayıb.
Həmçinin güləşçilərimizin mübarizəsini izləyən Fərid Qayıbov Oyunların 82 kq çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimində iştirak edib və Rafiq Hüseynova qızıl medalı təqdim edib.
Qeyd edək ki, nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov və Milli Məclisin üzvü Kamal Cəfərov bundan öncəki günlərdə də müxtəlif növlərdə idmançlarımızın yarışlarını izləyib, onlara dəstək olublar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
