İdman
İki cüdoçumuz Avropa çempionu oldu - FOTO
Azərbaycanın daha bir cüdoçusu Çexiyanın paytaxtı Praqada təşkil olunan gənclərin Avropa çempionatında final görüşünü keçirib.
Publika.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev həlledici qarşılaşmada italiyalı Brayt Maddaloni Nosanı sınağa çəkib.
Rəqibini ipponla məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da Azərbaycan cüdoçularının qitə çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medala sahib çıxıb.
Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən Vüsal Qələndərzadə də final görüşünə çıxıb. 73 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada italiyalı Luici Sentraççio ilə görüşüb.
Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?















.jpg)

.png)




















