İdman
Ronaldonun yerinə onu gətirirlər
"Zaltsburq"un hücumçusu Benyamin Şeşko 2023-cü ilin yayında “ Leyptsiq”ə keçəcək.
Publika.az “The Telegraph”a istinadla xəbər verir ki, hadisələrin axarı başqa variantda cərəyan edə, Benyamin “Mançester Yunayted”də peyda ola bilər.
Məlumata görə, "Mançester Yunayted" sloveniyalı hücumçunu klubla müqaviləsi başa çatmaqda olan Kriştiano Ronaldonun əvəzləyicisi kimi nəzərdən keçirir.
Məsələ burasındadır ki, 19 yaşlı Şeşkonun "Leyptsiq"ə transferi artıq razılaşdırılıb, müqavilə iyulun 1-dən qüvvəyə minəcək. “Mançester Yunayted” rəhbərliyinin bu keçidi necə reallaşdıracağı maraq doğurur. İddia olunur ki, “qırmızı şeytanlar” onu icarəyə götürəcək, futbolçu özünü doğrulda bilsə, bir ildən sonra müqavilə hüququnu alacaqlar.
Benjamin bu mövsüm 24 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi cari mövsümün sonunda başa çatır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
