İdman
Braziliya üçün Allaha dua edən deputat kimdir?

İlk dəfə qışda və Yaxın Şərqdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gündən nəfəs kəsən çempionatın 1/4 final mərhələsi başlayır. Xorvatiya - Braziliya və Niderland - Argentina matçları bu gün baş tutacaq, dekabrın 10-da isə bu mərhələyə Mərakeş - Portuqaliya və İngiltərə - Fransa matçları ilə yekun vurulacaq.
Publika.az Milli Məclisin bir neçə üzvü ilə danışaraq dünya çempionatı ilə bağlı onların fikirlərini öyrənib.
Millət vəkili Aqil Abbas çempionun Braziliya olacağını deyib:
“Bu mundial mənə görə, ən maraqlı çempionatdır. Mən, adətən türklər hansı komandada oynayırsa, o komandaya azarkeşlik edirəm. Amma onlar mənim favoritim deyil. Murat Yakına görə İsveçrəyə, İlkay Gündoğana görə Almaniyaya, oyunçuları arasında azərbaycanlıların da olduğu İrana azarkeşlik etmişəm. Amma sevdiyim komanda yalnız Braziliyadır. 1962-ci ildən dünya çempionatını izləyirəm və Braziliyanı sevərək izləyirəm. Çünki onlar əsl oyun nümayiş etdirirlər. Fikrimcə də, budəfəki dünya çempionatında Braziliya çempion olmalıdır.
Mərakeş İspaniya ilə oyundan qələbə ilə ayrılanda necə ki, Allaha dua etdi, mən də Braziliya üçün onlar kimi dua etmişəm. İran uduzanda məyus olmuşdum. Düzdür, İran o qədər də sevdiyim bir ölkə deyil, amma orada 40 milyon azərbaycanlı yaşayır. Deməli, İran qazansaydı, 40 milyon azərbaycanlı da sevinəcəkdi. Fransa da çox yaxşı oynayır. Hər çempionatda müəyyən futbolçular ulduz olur. Bu mundialda, mənə görə, ulduz yoxdur. Ulduz yoxdursa, çempionat maraqsız olur. Messi, Ronaldu ulduz ola bilmir. Levandovski Allahın penaltisini vura bilmədi... Ulduzsuz futboldur. Çox istəyərəm ki, bu dəfə Junior ulduz olsun”.
Deputat Fazil Mustafa Almaniya ilə bağlı gözləntilərinin özünü doğrultmadığını deyib:
“Elə bir proqnozum yoxdur. Dünya Çempionatı ilə bağlı hansısa məsələnin bir proqnoz olaraq təqdim olunmasını müsbət hesab etmirəm. Çünki bu, çox vaxt özünü doğrultmur. Sürprizlər çox olur, ona görə də risk etmirəm. Düşünürdüm ki, final mərhələsinə Almaniya keçə bilər, amma bu olmadı. Fikrimcə, çempionatda hazırda Braziliya daha çox diqqət cəlb edir. Mərakeşin qələbəsi, Almaniyanın qrupda qalması məni təəccübləndirən məqamlardan idi”.
Millət vəkili Siyavuş Novruzov Mərakeşin 1/4 finala çıxmasının sürpriz olduğunu bildirib:
“Düzü, oyunları çox izləyə bilmirəm. Həssas dövrdür, başım qarışıq olur, hər axşam verilişlərdə iştirak edirəm. Həm də, hələ ki, hansı ölkənin qalib gələcəyi ilə bağlı tam əminliyim yoxdur. Hansısa komandaya azarkeşlik edirsən, sonra görürsən ki, növbəti dəfə uduzurlar. Ona görə, bu barədə əmin danışmaq mümkün deyil. Lakin çempionatda məni təəccübləndirən hadisələr də oldu. Məsələn, Mərakeşin İspaniyanı udması sürpriz idi. Futbolçulardan isə Messini, Brazilyanın oyunçularını izləyirəm”.
Qeyd edək ki, Dünya Çempionatının yarımfinal görüşləri dekabrın 13 və 14-də, 3-cü yer uğrunda matç dekabrın 17-də, final oyunu isə dekabrın 18-də keçiriləcək.
Akqabay Mıradov

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır