Dünyanın ən "qısqanc qadını" ilə sevgilidir - Onun "eşq dəftəri"ndə kimlərin adı yoxdur ki...
Bizi izləyin

İdman

Dünyanın ən "qısqanc qadını" ilə sevgilidir - Onun "eşq dəftəri"ndə kimlərin adı yoxdur ki...

“Top dünyanın ən qısqanc qadınıdır. Əgər onunla yaxşı davranmasanız, o sizi sevməyəcək, ancaq zərər verəcək. Mən isə onu ölümünə sevirəm”.

Bu sözləri məşhur futbolçu, Braziliya yığmasının kapitanı Neymar müsahibələrinin birində futbol sevgisindən danışarkən deyib. Futbolu qadınlardan çox sevdiyinə işarə vursa da, bütün dünya bilir ki, Neymar hər mövsüm bir gözələ aşiq olur... Gözəlləri sonraya saxlayıb, sizi məşhur futbolçunun həyat xronologiyası ilə tanış olmağa dəvət edirik. Baxmayaraq ki, Braziliya DÇ-2022-in 1/4 finalında Xorvatiyaya penalti seriyasında məğlub olaraq mübarizəni dayandırıb, amma bu amil Neymarın personasına marağı azaltmır. Elə həmin qarşılaşmada onun vurduğu möhtəşəm qol, Neymarın necə böyük futbolçu olduğunun sübutudur.

Publika.az xəbər verir ki, Neymarın saysız-hesabsız azarkeşləri və bir o qədər müfakatları var. Saçlarını göy qurşağının bütün rənglərinə boyamağı sevən futbol ulduzu meydanda göstərdiyi hünər sayəsində futbol tarixinin ən bahalı transferinlərindən biri olmağı bacarıb.

Любовь к футболу Неймар проявил в детстве

Dosye

Neymar da Silva Santos Junior 1992-ci il fevralın 5-də Braziliyanın San-Paulu əyalətinin Mogi das Kruzes şəhərində zərgər Neymar Santos və Nadin Santosun ailəsində anadan olub. Bir neçə il sonra bacısı Rafaella dünyaya gəlib. Atası Neymar Santos vaxtilə futbolla yaxından maraqlansa da, sonradan idmanı zərgərlik biznesinə dəyişib.

Futbol, Neymarın kiçik yaşlarından həyatının ayrılmaz bir parçasına çevrilib. 7 yaşında o, artıq Braziliyanın “Santos” komandasının akademiyasında idi. Gənc futbol vunderkindinin özünəməxsus oyun tərzi Avropanın aparıcı klublarının diqqətindən qaçmayıb. Beləliklə, Neymar 12 yaşında Pireney yarımadasına köçür və burada üç ilə yaxın “Real”ın Akademiyasında təhsil alır.

Böyük futbola ilk addımlar

San-Paulu gənclər çempionatında Neymar artıq “yeni Robinyo” təxəllüsünü qazanmışdı. Futbolçu ilk peşəkar müqaviləsini 2008-ci ildə "Santos" klubu ilə imzalayıb. 2009-cu ildən komandanın heyətində meydana çıxmağa başlayıb. Növbəti mövsüm komanda gənc istedad sayəsində Sao Paulo Ştat Çempionatını, ölkə kubokunu və Libertadores kubokunu qazanıb. Braziliya kubokunda 11 qol vuran qəhrəmanımız turnirin bombardiri olub. İlk ciddi kuboklar əldə olunmuşdu. Ancaq bu, Neymarın futbol karyerasının yalnız başlanğıcı idi.

Neymar “Santos”un əsas komandasında 4 il qaldı, 223 oyun keçirdi və 136 qola imza atdı. Bu müddət ərzində o, komanda ilə birlikdə 3 dəfə (2010, 2011, 2012) San-Paulu çempionu olub. 2010-cu ilin yayında ingilis klubları "Santos" rəhbərliyinə xəbər göndərdi ki, braziliyalı futbolçunu transfer etmək arzusundadırlar. Təklif cəlbedici olsa da, həm “Vest Hem”, həm də “Çelsi”yə rədd cavabı verildi.

Neymar 19 yaşında Neymar Cənubi Amerikada “ilin ən yaxşı futbolçusu" adına layiq görüldü. Gənc futbolçu 2011-ci ildə futbol dünyasının ən nüfuzlu mükafatına – “Qızıl top”a da namizəd oldu və səsvermənin nəticələrinə görə, 10-cu yerdə qərarlaşdı. FİFA-nın ən gözəl qol üçün təsis etdiyi Ferents Puşkaş mükafatı isə sorğu-sualsız Neymara təqdim olundu. Onun “Flamenqo”nun müdafiə xəttini təkbaşına yararaq vurduğu qol hələ də yaddaşlardadır.

“Barselona”ya keçid

Heç kimə sirr deyil ki, Neymarla bütün Avropa futbol nəhəngləri maraqlanırdı - “Rea”dan tutmuş “Çelsi”yə qədər. “Real” o vaxt 58 milyon dollar təklif etmişdi, lakin Neymar “Barselona” ilə müqavilə imzaladı. Transfer məbləği 50 milyon avro, vəd edilən maaş isə ildə 7 milyon avro təşkil edirdi.

Neymar yeni klubda ilk qolunu İspaniya Superkubokunda "Atletiko" ilə matçda vurdu. İlk mövsümdə 13 dəqiqə ərzində "Seltik"in qapısından 3 qol keçirməklə "Barselona"da ən tez het-trik edən futbolçu statusunu Lionel Messidən aldı. “Barselona”dakı ilk mövsümündə Neymar bütün yarışlarda 43 matçda meydana çıxaraq 16 qol vurub. Ümumilikdə isə Kataloniya klubunun formasını geyindiyi 4 mövsüm ərzində 2 dəfə La Liqa, 3 dəfə Kral Kuboku, 1 dəfə İspaniya Superkuboku, həmçinin Çempionlar Liqası və Klublararası dünya çempionatının qalibi adını qazanıb, 186 oyun keçirib və 105 qol vurub.

222 milyonluq transfer

Neymar vs Lille: Is PSG star the most in-form player in world football  right now? | GiveMeSport

2018-ci ildə 222 milyon avroya PSJ-yə transfer edilib və futbol tarixinin ən bahalı transferi olub. Paris nəhəngində ildə 43 milyona avroya oynamağa razılaşıb.

“Le Parisien” qəzetinin məlumatına görə, klubun qətərli sahibləri Neymarla yolları ayırmağı planlaşdırır. 30 yaşlı futbolçunun gedişi həm də Kilian Mbappe ilə yeni - yüksək maaş və bonusların nəzərdə tutulduğu müqavilənin imzalanması ilə əlaqələndirilir. Özü isə haqqında gəzən iddiaya qısaca belə münasibət bildirib: “Hazırda heç kim mənə bu barədə nəsə deməyib, amma mən "PSJ"-də qalmaq istəyirəm”.

Milli komanda

Неймар в сборной Бразилии. Фото Global Look Press

Neymar Braziliya millisində debütünü 10 avqust 2010-cu ildə ABŞ-a qarşı matçda (2:0) edib. O, 2010-cu il dünya çempionatında iştirak edə bilərdi. Braziliya millisinin baş məşqçisi Karlos Dunqa isə futbolçunun çox gənc olduğunu düşünürdü. Yerli azarkeşlər bunun üçün kampaniya başlatmışdılar. Həmin kampaniyaya Pele və Romario kimi əfsanəvi futbolçular da qoşulmuşdu, ancaq baş məşqçini fikrindən döndərmək mümkün olmayıb.

2014-cü ildə keçirilən turnirdə o, beş oyuna çıxıb və dörd qol vurub. Neymar fəqərə sümüyünün sınığı səbəbindən mundialdakı çıxışını vaxtından əvvəl başa vurmalı olub. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında o, beş oyun keçirdi və cəmi iki qol vurdu. Onun komandası 1/4 final mərhələsində Belçikaya məğlub oldu (1:2).

Və qeyd etdiyimiz ki, Qətərdə də 1/4 finalda Neymarı və komandasını xorvatlar dayandırdı. Yəqin ki, dünya çempionu olmaq üçün onun daha bir şansı olacaq. 4 ildən sonra. Amma sonuncu şans.

Şəxsi həyatı

Bu gün Neymar yeni nəslin ən yüksək maaş alan futbolçularından biridir. Azarkeşləri futboldan sərvət qazanan futbolçunun şəxsi həyatı ilə də yaxından maraqlanır. Yeri gəlmişkən, aşiq olma sürəti onu idman xəbərlərindən maqazin səhifələrinə transfer edib. Onun fotolarını tez-tez moda jurnalının üz qabığında və ya televiziya reklamlarında rast görmək olar. Buna baxmayaraq, o, evlənməyə tələsmir və belə görünür ki, "dünyanın ən qısqanc qadını" ilə xoşbəxtdir.

19 yaşında Cənubi Amerikanın ən yaxşı futbolçusu seçilən futbolçu atalıq statusunu da eyni ildə qazanıb. 17 yaşlı sevgilisi Karolina Seliko körpəni 17 yaşında dünyaya gətirib. Cütlüyün münasibəti uzun müddət davam etməsə belə Neymar oğluna bağlı bir atadır.

неймар и его жена

Karolina Seliko

неймар и его жена

İspaniyaya köçməzdən əvvəl o, iki il həmyerlisi aktrisa Bruna Markezini ilə görüşüb.

Neymar Bruna Markezini ilə

неймар и его жена

Qabriella Lenzi

неймар и его жена

2014-cü ilin fevralında Neymarın braziliyalı model Qabriella Lenzi ilə münasibətdə olduğu xəbəri yayıldı. Lakin bu münasibət də uzun davam etmir. Bir müddət serbiyalı model Sara Vuçeliçlə də eşq yaşayan ulduz 2016-cı ildə eks sevgilisi Bruno Markeziniyə geri dönür. Həmin vaxt Neymarın aktrisa ilə evlənmək niyyətində olduğu deyilsə də, cütlük yenə ayrılır. Sonrakı illərdə onun sevgi romanlarına Covanna Lançellotti, Xloya Qreys Morets, Karolina Kaputo, Daniela Karvalyo, Nikol Bals və Barbara Evansın adı yazılır. Və bu, yekun siyahı deyil...

Rihhana ilə görüşdüyü deyilən futbolçu Kolumbiyalı dostu Malumanın sevgilisini əlindən almağa müvəffəq olub. Neymarın kolumbiyalı ulduzun sevgilisi Natalya Baruliçlə gizli eşq yaşadığı bütün dünyanın maqazin manşetlərində yayımlanır, bundan sonra Maluma həm dostu, həm də qızla əlaqələrini birdəfəlik kəsir.

Nuevo capítulo del escándalo entre Neymar y Maluma: la foto que confirma el  noviazgo de Natalia Barulich con el futbolista y otra indirecta al cantante  - Infobae

PSJ-nin hücumçusunun adı 2019-cu ildə ispan model Noa Saezlə hallanıb. Bundan başqa elə həmin ildə model Najila Trindade Neymarı zorlamada günahlandırdı, lakin sübut olmadığı üçün iddia rədd edilib. Bir il sonra “Nike” şirkətinin əməkdaşı futbolçunu qısnamada ittiham edib, şirkət futbolçu ilə müqaviləni ləğv etdiyini açıqladı.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm