İdman
Həbibin qardaşı UFC turnirində onu NOKAUT ETDİ
Həbib Nurməhəmmədovun kiçik qardaşı olan Umar Nurməhəmmədov Las-Veqasda (ABŞ) növbəti UFC turnirində Raoni Berleosu nokaut edib.
Publika.az xarixi KİV-ə istinadla xəbər verir ki, döyüş ilk raundda Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Dəqiq zərbə nokaut olub, lakin Ömər rəqibini bitirməyə tələsib. Daha sonra üzr istəyib.
“Rəqibi bitirdiyim üçün üzr istəyirəm. Düşündüm ki, onu sadəcə yıxmışam. Mən ona pislik etmək istəmirdim”, – Nurməhəmmədov döyüşdən sonra deyib.
Onun üçün bu qələbə məğlubiyyətsiz qarışıq döyüş növləri üzrə ardıcıl 16-cı olub.
Bundan əvvəl onun böyük qardaşı, keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun MMA sənayesini tərk edərək komandası ilə vidalaşdığı bildirilirdi. İdmançı ailəsi ilə daha çox vaxt keçirmək niyyətindədir ki, bu da onun məşqçilik etməsini və təlim-məşq toplanışlarına getməsini mümkünsüz edir. 2020-ci ilin oktyabrında Həbib peşəkar idmandan getdiyini açıqladı. Rusiyalı idmançı 29 qələbə ilə MMA sənayesini məğlubiyyətsiz tərk etdi.
Hüseyn İbadlı
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


