İdman
VAR sistemi ilə bağlı tarixi qərar qəbul edildi
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakim (VAR) sistemi ilə bağlı tarixi qərar qəbul edib.
Publika.az IFAB-ın rəsmi saytına istinadən xəbər verir ki, VAR otağında əyləşən hakimlər futbol matçlarında mübahisəli epizodları yenidən izlədikdən sonra müvafiq qərarları tribunadakı azarkeşlərə və yayım hüququna sahib telekanallara mikrofon vasitəsilə açıqlayacaqlar.
Referilərin VAR hakimləri ilə danışığı isə əvvəlki kimi məxfi saxlanılacaq.
Yenilik ilk dəfə bu ilin fevralında Mərakeşdə keçiriləcək klublararası dünya çempionatında tətbiq olunacaq. Bunun qadınlar arasında mundialda da sınaqdan keçirilməsi planlaşdırılır.
IFAB oyunlar zamanı itirilmiş vaxtı kompensiyaya etmək üçün basketboldakı qaydanın (vaxtın dayandırılması) tətbiqinə isə qarşı çıxıb.
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu


































