İdman
"Legionerlər görürlər ki, çempionat ancaq Bakıdan ibarət deyil" - MÜSAHİBƏ
"Zirə" Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra paytaxt təmsilçisinin kapitanı Qismət Alıyev jurnalistlərin suallarını cavablandırıb.
Publika.az 26 yaşlı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:
- Oyuna yaxşı hazırlaşmışdıq, tam istədiyimiz kimi başladıq. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacayıq. "Kəpəz" və "Sabah" üzərində yaxşı qələbələri vardı. Bizim üçün bu oyun çox önəmli idi. İstədiyimiz nəticəni əldə etdik.
- "Zirə"nin qeyri-stabil oyunlarını nə ilə əlaqələndirirsiniz?
- "Səbail"lə matçı nəzərə almasaq, qalan görüşlərdə yaxşı oynayırdıq, amma nəticə əldə edə bilmirdik. Bu gün də yaxşı oyunlarımızdan birini keçirib vacib qələbəni qazandıq.
- Birinci qol vurulana qədər hiss olunurdu ki, həyacan var. Çətin deyildi?
- Bilirik ki, Premer Liqada oyunlarına ən çox azarkeş gələn komanda "Turan Tovuz"dur. İlk matça nisbətən bu dəfə azarkeş daha çox idi. Ola bilər ilk 5-10 dəqiqədə futbolçularda həyacan var idi. Sonra vacib 2 qol vurub rahatlandıq, qələbəni qazandıq.
- Bölgədə oynamaq maraqlıdır?
- Burada, Gəncədə və digər bölgələrdə oynamağın bizim üçün də, legioenerlər üçün böyük faydası var. Legionerlər də görürlər ki, çempionat ancaq Bakıdan ibarət deyil.
- "Turan Tovuz"u məğlub etməklə demək olar ki, avrokuboklara vəsiqə qazanmaq mübarizəsində rəqiblərinizdən birini sıradan çıxardınız?
- Qarşıda bizi "Şamaxı" ilə evdə və "Kəpəz"lə səfərdə çətin matçlar gözləyir. Daha sonra "Sabah"la oyunumuz var. Düşünürəm ki, bu üç qarşılaşmadan qələbə ilə ayrılsaq, yolumuza davam edərik.
Heybət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
