İdman
Güney azərbaycanlı əfsanəvi futbolçu: “Bu il fitrə zəkatınızı zibil qutularına atın” - FOTO
“Bu il fitrə zəkatınızı zibil qutularına atın!”
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İranın və Azərbaycanın əfsanəvi futbolçusu Əli Kərimi sosial şəbəkədə ölkə əhalisinə müraciətində yazıb.
Tehran rejiminə müxalif olan tanınmış futbolçu Əli Kərimi İran xalqına xitabən bildirib:
“Bu il fitrə zəkatınızı zibil qutularına atın. Çünki zibil qutuları istənilən başqa qurumdan (hökuməti nəzərdə tutur - red.) acları daha çox doyurur”.
Qeyd edək ki, Əli Kərimi 1982-ci il avqustun 30-da Təbrizdə anadan olub. O, hücumda olan cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. 2006-cı ildə İran milli komandasının tərkibində dünya çempionatında və Almaniyanın məşhur “Bavariya” klubunda çıxışları ilə tanınıb. Son illərdə Asiyanın ən yaxşı futbolçularından biri olmuş Əli Kərimini azarkeşlər “Asiya Maradona” adlandırıb. 2004-cü ildə “Asiyanın ən yaxşı futbolçusu” adını alıb. 2009-cu il iyunun 17-də Əli Kərimi İran millisinin heyətində Cənubi Koreya millisinə qarşı son oyununu keçirib. O, 2009-cu ilin prezident seçkisində Mahmud Əhmədinejadın əsas rəqibi Mirhüseyn Musəviyə dəstəyini simvolizə edən yaşıl sarğılarla Cənubi Koreya ilə oyunda meydana daxil olduğu üçün Mehdi Məhdəvikia, Hüseyn Kəəbi və Vahid Haşimianla birlikdə milli komandadan ömürlük kənarlaşdırılıb. Əli Kərimi İran millisinin heyətində 112 oyuna çıxıb, 36 qol vurub. Ramazan ayında oruc tutmaqdan imtina etdiyinə görə 2010-cu ilin avqustunda İranın “Steel Azin” klubu onu komandadan uzaqlaşdırmışdı. 2010-2011-ci il mövsümündə Almaniyanın “Şalke 04” klubunda çıxış edib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





