İdman
Füzuli Ələkbərovun Federasiyasında narazılıq - Elnur Məmmədli qovulur?
Son zamanlar cüdoda axsamalar baş verir. Cüdoçularımız, demək olar ki, bütün yarışlardan pis nəticə ilə qayıdırlar.
Bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri turnirindəki yeganə təmsilçimiz Mahir Cəfərli yarışa getdiyinə peşman olub.
66 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ilk qarşılaşmasında rusiyalı Denis Lavrentiyevə məğlub olmuşdu. Rəqib isə 1/4 final səddini keçə bilmədiyindən Cəfərli turnirlə vidalaşıb.
Son vaxtlar cüdo federasiyasının uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olub. Publika.az-ın federasiyaya yaxın mənbədən əldə etdiyi məlumata görə, rəhbərlik xüsusi iclas keçirmək fikrindədir. Belə ki, qurumda kimin qalacağı, kimin gedəcəyi məsələləri ciddi müzakirə olunacaq. Cüdoçularımızın uğursuzluğu federasiyanı medal üzünə həsrət qoyub.
Federasiyadan qovulacaqlar siyahısına 3 nəfərin adı salınıb. Hazırda onların kimliyi barədə dəqiq məlumat yoxdur.
Hazırda federasiyada vitse-prezident postu tutan Elnur Məmmədlinin aqibəti ilə bağlı heç bir məlumat yoxdur.
Amma millinin baş məşqçi Hacıağa Hacıəhmədovun da postunun dəyişiləcəyi deyilir. Çünki Hacıağa müəllimin gəlişindən sonra millinin uğurlarında heç də irəliləmə olmayıb. Əksinə, idmançıların uğursuzluqları daha çox olub.
Aldığımız digər məlumata görə isə, H.Hacıəhmədovun yerinə əcnəbi mütəxəssisin gələcəyi də deyilir.
Aygün İlqarqızı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR