İdman
Türkiyə Superkuboku Xankəndidə keçirilə bilər? - AFFA-dan AÇIQLAMA
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməli olan Türkiyə Superkubokunun “Qalatasaray” – “Fənərbağça” final oyunu üçün Azərbaycan sosial şəbəkələrində kampaniya başladılıb.
Azərbaycan əsilli türkiyəli siyasətçi Sinan Oğanın Xankəndidə oyunun keçirilməsi ilə bağlı təklifindən sonra sosial media fəalları qardaş ölkənin final matçının Bakıda baş tutmasını istəyirlər.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Prosport.Az-a danışan AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli bildirib ki, bu ilin yay aylarında Türkiyə Futbol Federasiyasının ovaxtkı baş katibi Superkubok oyunu ilə əlaqədar onlarla əlaqə saxlamışdı:
“O bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var, ümumiyyətlə, oyun Azərbaycanda keçirilsə, buna necə baxarsınız? Bizim də cavabımız belə oldu ki, təbii ki, müsbət. Maliyyə məsələləri həmin söhbət əsasında müzakirə olunmayıb. Türkiyə Futbol Federasiyasının sabiq baş katibi danışıq əsasında bildirdi ki, hələ oyuna çox var, matç yanvarda olacaq, lazım gələrsə, yenidən sizə müraciət edəcəyik. Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət olub. Bundan sonra bu məsələ ilə bağlı bizimlə əlaqə saxlanılmayıb”.
Yenidən müraciət ehtimalı ilə bağlı suala E.Məmmədlinin cavabı belə oldu:
“İlk növbədə klubların təqviminə baxmaq lazımdır. Ümumiyyətlə, bu oyun nə vaxt keçiriləcək, hələ məlum deyil. Bütün bu məsələlər təbii ki, müzakirə olunmalıdır. Xankəndi məsələsi isə ölkə rəhbərliyi səviyyəsində qəbul edilən qərardır”.
Xatırladaq ki, dünən sözügedən matç ləğv edilib. Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta, formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid qərar qəbul edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə Ərəbistanındakı Superkubok matçı ləğv edilib.
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO
-
Yaxın Şərq16 Dekabr 23:0035 ildən sonra Bağdadda İLK YAŞANDI






.webp)

.jpg)









.png)


















