İdman
Millimiz BƏƏ-yə bu heyətlə yollanacaq
Taekvondo üzrə Azərbaycan millisinin 11 üzvü Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək G2 kateqoriyalı yarışda iştirak edəcək.
Publika.az xəbər verir ki, yığma Fujeyrada təşkil olunacaq beynəlxalq turnirə 5 kişi, 6 qadın taekvondoçu ilə qatılacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Milad Beiqi Harçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kq) şans verəcəklər.
Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) yoxlayacaq.
Fevralın 2-də səfərə yollanacaq komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Qeyd edək ki, yığma Bakıya fevralın 5-də qayıdacaq.
Heybət
-
Sosial12:25İtkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
-
Magazin111:53Samirə Əfəndi erməniyə 12 xal verməsindən danışdı: Etdiyim jest...
-
MDB10:06Simonyanın uşaqları gecəni pilləkənlərin altında keçirdi: Ukraynaya müraciət etdi
-
Maraq dünyası09:36Türkiyədə 3 min il yaşı olan bənzərsiz çörəyin resepti tapıldı: Necə bişirilir?
-
İdman09:24Samir Abasov "Neftçi"dən bu qədər təzminat aldı
-
Dünya08:10Kiyevə kütləvi hava hücumu - Ölən və xəsarət alanlar var
-
Səhiyyə07:15Dərman almadan öncə oxuyun! - Bu fikirlər yanlışdır
-
Magazin206:16Məşhur aktyor bu maskaların satıcısını məhkəməyə verdi - Foto









.webp)








.jpg)




.jpg)









_(3).jpg)



