Üsyan etdi: “Almeriya”nın başına gələnlər biabırçılıq idi
Bizi izləyin

İdman

Üsyan etdi: “Almeriya”nın başına gələnlər biabırçılıq idi

“Barselona”nın prezidenti Xuan Laporta “Real”ı növbəti dəfə tənqid hədəfinə çevirib.

Publika.az xəbər verir ki, onun fikrincə, Neqreyranın işi ilə bağlı araşdırma Madrid klubunun tələbi ilə uzadılır:

“Madrid özünü ən yaxşı şəkildə aparmır. Onlar qəbuledilməz və görünməmiş sinizm nümayiş etdirirlər. Hakim Xoaquin Aqirre “Real”ın tələbi ilə istintaq müddətini uzadıb. Heç nə tapmadıqları üçün indi onu ilin sonuna qədər uzatmaq istəyirlər.

Bütün illərin məhkəmə prosesi üçün sənədləri təqdim etmişik. Bu, hakimliklə bağlı texniki məsləhətləşmə idi. 23 hakim Neqreyranın hakimlərlə bağlı heç bir qərar vermədiyini açıq şəkildə bildirdi. Əminəm ki, “Barselona”ya haqq qazandırılacaq. Mən hələ də ədalətə inanıram. Bu, təkcə Madriddən deyil, La Liqadan da təşkil olunmuş kampaniyadır.

Baxın, 70 ildir hakimlər komitəsinin rəhbərləri kim olub? Keçmiş menecerlər, keçmiş Madrid oyunçuları və bəzi hallarda hamısı birdən. Biz bunu qəbul etmirik”.Laportun sözlərinə görə, “Real” klub televiziyasında hakim qərarlarının təhlili ilə bağlı videolar yayımlayaraq, Madrid komandasının iştirak etdiyi matçlar öncəsi ədalət təmsilçilərinə təzyiq edir:

“”Real Madrid TV” biabırçılıqdır. “Barça TV” heç vaxt təbliğatla məşğul olmayıb. Əgər onların dürüstlükləri varsa, bunu necə edə biləcəklərini anlamıram. Hakimlər Komitəsi və Federasiya hərəkətə keçməlidir. Bu səbəbdən təzyiq göstərmək üçün Neqreyra işini uzadırlar. Bu, həmişə hakim qərarlarına üstünlük verən klubdur. “Almeriya”nın başına gələnlər biabırçılıq idi. Bunu bütün dünya gördü, amma əvəzində deyirlər ki, hakimlər “Barselona”ya kömək edir. Mən bundan qəzəblənirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm