İdman
Braziliya mədəniyyəti: Futbol və karnaval - Onları nə birləşdirir?
“Bu, alına biləcək ən böyük kreditlərdən, hörmət əlamətlərindən biridir. Braziliyalı üçün samba paradı Dünya Kuboku ilə eynidir”. Bu sözləri Braziliya futbounun əfsanəsi ölkəsində keçirilən ənənəvi Karnaval şousu barədə danışarkən deyib.
Braziliyalılar qədər şənlik etməyi çox az millət sevir. Musiqi, rəqs və rəngarəng illik bayram keçən həftə sonu başlayıb. Futbolla sərxoş olan millət özünün digər böyük ehtirası ilə - Karnavalla məşğul olur. Yenə də ölkənin iki böyük sevgisi arasında çoxlu əlaqələr var.
Hələ "Santos"da çıxış edərkən Neymar ölkənin bir hissəsinin bayram əhval-ruhiyəsində olarkən futbol oynamaq məcburiyyətində olmasından şikayətlənmuşdi. Bu illər ərzində, Ronaldinyo kimi Avropada yaşayan bir çox braziliyalı, bu şouya görə vətənlərinə gəlmək üçün əllərindən gələni ediblər.
Karnaval əsrlər boyu qeyd olunsa da, samba məktəbləri yalnız 1920-ci illərdə Rio-de-Janeyroda açılmağa başladı. Salqueiro, Unidos da Tiyuka, Qrande Rio və Beyya Flor kimi Rionun ən böyük məktəblərinin bir çoxu futbol komandaları tərəfindən yaradılıb və ya onlara məxsus olub. Ölkə daxilində bu rəqslə tanınan bir çox qruplar meydana çıxıb. Onların fəaliyyəti hələ də Braziliyanın futbol komandaları ilə əlaqələndirilir. Futbol klubları kimi məktəblərin də öz bayraqları, gerbləri, rəng sxemləri, himnləri və ömürlük sadiq tərəfdarları var.
Hər il karnaval paradında məktəblər ictimai səslər üçün yarışır. Nəticələr yekun qala gecəsində elan olunur. Necə ki, futbolda klublar yüksələ və aşağı liqaya düşə bilərlər, sambada da elə. Onların da öz liqaları var. Ən yaxşı məktəblər gələn il festivalı bağlayacaqlar.
Samba Braziliyaya gətirilən Afrika qul mədəniyyətindən qaynaqlanır. Rio-de-Janeyronun sənayeləşməsi zamanı şəhərin qaradərili fəhlə sinfi samba məktəblərini qurub. Bu məktəblər indiki formada karnavalı təşkil etməyə başlayıblar. 1964-1985-ci illərdə hərbi diktatura dövründə məktəblərə ciddi nəzarət edilib. Braziliyanın Dünya Kubokunda qazandığı qələbələr kimi, hakim təbəqələr də ölkənin şöhrətini nümayiş etdirmək üçün həm sambadan, həm də futboldan istifadə etməyə çalışıblar.
Karnaval nədir? Texniki baxımdan, bu, yüz illər əvvələ dayanan dini bayramdır. Bu, Lent bayramına qədər olan günləri qeyd etməyin bir yolu idi. Karnaval Latın dilində "vida əti" deməkdir. Lakin İsanın davamçıları bugünkü Karnavalı görsəydilər, tanıya bilməzdilər. Yoxsa dəli olardılar.
8 gün ərzində (9-17 fevral) 500-ə yaxın “qrup”, Karnavala uyğun adlandırılaraq, bütün Rio-de-Janeyro şəhərini bir nəhəng küçə əyləncəsinə çevirir. Əfsanəvi Sambadromoda isə daha mürəkkəb tamaşalar keçiriləcək.
Braziliya millisinin keçmiş ulduzları və ən məşhur klublar mütəmadi olaraq Riodakı tədbirə baş çəkərək, tamaşanın bir növ baş layneri kimi çıxış edirlər. Bu il Karnavalın kralı Rio İmperatorunun özü Adrianodur.
Rio Karnavalının tarix boyu ulduz iştirakçıları olub. 40-cı illərin əfsanəvi "Vasko de Qama"sının ulduzları, Pele, Nilton Santos. Jairzinyo, Ziko, Maradona, Romario, Ronaldinyo, Neymar və daha kimlər bu şənliyə əlavə rənglər qatıblar. Bəzi eşq macəralarının təmili də burada qoyulub. Əslində karnavalın hər ili bir hekayədir.
Heybət
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur