ABŞ
ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ və Venesuela arasında gərginliyin qarşısını almaq üçün BMT-yə müraciət edib.
Publika.az xəbər verir ki, o, mətbuat konfransında Meksikanın Venesuelaya xarici müdaxiləyə qarşı olduğunu söyləyib.
"Mən Birləşmiş Millətlər Təşkilatını öz rolunu yerinə yetirməyə çağırıram. Təşkilat qan tökülməsinin qarşısını almaq üçün rolunu öz üzərinə götürməlidir", - prezident bildirib.
BMT-nin sözçüsünün müavini Fərhan Haq məsələyə münasibət bildirib. Onun sözlərinə görə, BMT Baş katibi Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib.
“Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”,- deyə Haq əlavə edib.
O qeyd edib ki, Quterreş vəziyyəti çox yaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır.
Xatırladaq ki, tanınmış siyasi şərhçi Taker Karlson ABŞ Prezidenti Donald Trampın bu gecə “Birliyin vəziyyəti” adlı çıxışında Venesuelaya qarşı müharibə elan edə biləcəyini iddia edib.
-
Nida Xəbər 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır










.jpg)








.jpg)

















