Penalti üstündə dalaşdılar: baş məşqçi görün nə dedi - VİDEO
Bizi izləyin

İdman

Penalti üstündə dalaşdılar: baş məşqçi görün nə dedi - VİDEO

"Çelsi"nin futbolçuları Koul Palmer və Nikolas Cekson İngiltərə Premyer Liqasının 33-cü turunun "Everton"la oyununda (6:0) penaltini yerinə yetirmək uğrunda mübahisə ediblər.

Publika.az xəbər verir ki, 64-cü dəqiqədə londonluların penalti oyunçusu olan və o vaxta qədər artıq het-trik edən Koul Palmer 11 metrlik nöqtəyə yaxınlaşıb. Bu zaman görüşdə bir qolu olan Nikolas Cekson topu götürməyə çalışıb. Palmer komanda yoldaşını itələyib. Digər futbolçular insidentin böyüməsinin qarşısını alıblar.

Yekunda Palmer penaltini dəqiq yerinə yetirərək görüşdə pokerə imza atıb. Cekson qoldan sonra əvvəlcə Palmeri təbrik etmək istəməyib. Lakin komanda yoldaşları forvardın fikrini dəyişə biliblər.

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino isə futbolçular arasında baş verən insidentə görə üzr istəyib:

“Rəqib qapısı qarşısında çox təsirli idik. Şadam. Quru qələbə. Palmerin bu qədər qol vuracağını gözləyirdim? Yox. Onun yaxşı oynayacağı gözlənilirdi. Amma o, əla oynayır, komanda üçün heyrətamiz işlər görür. Sevinirəm ki, 4 qol vurdu.

Baş verənlərə görə cəza olacaqmı? Bağışlayın, gənc komandanın öyrənməli olduğu bir proses gedir. Matçdan sonra futbolçularla bu barədə danışdım. Kaş ki, bu, sonuncu dəfə olsun. Azarkeşlərdən üzr istəyirəm”.

Qeyd edək ki, poker edən Palmer Premyer Liqanın cari mövsümününün bombardiri olan, "Mançester Siti"nin hücumçusu Erlinq Haalanda çatıb. Futbolçuların aktivlərində 20 qol var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm