“Real”la “Siti” ulduzları dəyişirlər?
Bizi izləyin

İdman

“Real”la “Siti” ulduzları dəyişirlər?

“Real”ın 23 yaşlı vingeri Rodriqo Qoes yayda Madrid klubunu tərk edə bilər.

Publika.az xəbər verir ki, İspaniyanın “El Nacional” nəşrinin məlumatına görə, Premyer Liqa çempionu “Mançester Siti” braziliyalı vingeri transfer etməkdə maraqlıdır.

“Vətəndaşlar” oyunçunu yayda almağı planlaşdırır və Rodriqo üçün 50 milyon + ulduz yarımmüdafiəçi Bernardo Silva təklif ediləcək. “Real” bu təklifi bəyənə bilər, çünki “kral klubu” portuqaliyalı futbolçunun xidmətində maraqlıdır .

Bu mövsüm Rodriqo “Real”ın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm