İdman
Mustafazadə məğlubiyyətin səbəbini açıqladı: Bunu etsəydik, başqa cür ola bilərdi
“Səfər oyununda əlimizə düşən fürsətləri dəyərləndirsəydik, bu gün hər şey başqa cür ola bilərdi”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Dinamo” (Zaqreb) cavab oyununu dəyərləndirərkən deyib.
O, güclü rəqibə qarşı oynadıqlarını bildirib:
"Kifayət qədər ağıllı və güclü komandaya qarşı oynayırdıq. Əlimizdən gələni etməyə çalışdıq ki, bu oyunda qalib gələk və turu keçən tərəf biz olaq. Təəssüf ki, alınmadı. Ediləcək heç nə yoxdur. Qarşıda bizi Avroliqa oyunları gözləyir. Çalışacağıq ki, orda keçən ilkindən daha yaxşı nəticə verək.
Əslində, “Dinamo” bizdən bir baş üstün deməzdim. Səfər oyununda əlimizə düşən fürsətləri dəyərləndirsəydik, hər şey başqa cür ola bilərdi. Burada qələbə bizə vacib olduğu üçün daha çox irəli atılmışdıq. Bu da arxa xəttdə boşluqlar yaranmasına səbəb oldu".
Mustafazadə "qol vurmaq üçün təcrübə çatmadı" sualına belə cavab verib:
"Belə olduğunu düşünmürəm. Bəzən olur ki, 100 faizlik epizodları dəyərləndirə bilmirsən. Təcrübə yox, şans çatışmadığını deyərdim. Məncə, son vuruşların da üzərində çalışmalıyıq ki, Avroliqada daha yaxşı nəticəmiz olsun".
27 yaşlı futbolçu çıxış edəcəkləri Avropa Liqasının əsas mərhələsinin yeni formatı barədə də fikirlərini bölüşüb:
"Məncə, maraqlı olacaq. Düşünürəm ki, çox oynamağımız bizim üçün də xeyirdir".
Qeyd edək ki, “Qarabağ” Zaqrebdə keçirilən ilk görüşdə “Dinamo”ya 3, Bakıda isə 2 cavabsız topla məğlub edib. Təmsilçimiz avrokuboklardakı çıxışı Avropa Liqasında davam etdirəcək.
Heybət
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş














.jpg)



















